son dəqiqə SON DƏQİQƏ
"Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ●

Zaur Həşimov: “Yeni transfer planlaşdırılmır”

Bölmə adı Şəfa
Yayımlandı 22-08-2026, 21:33

Misli Premyer Liqasının II turunda səfərdə “Qəbələ”nin qonağı olan və 1:0 hesabı ilə qalib gələn “Şəfa”nın baş məşqçisi Zaur Həşimov oyun sonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Sport1.az xəbər verir ki, mütəxəssis əvvəlcə qarşılaşma barədə təəssüratlarını bölüşdü:

– Şükürlər olsun ki, ilk 3 xalımızı qazandıq, həm də Qəbələ səfərində bu nəticəni əldə etdik. Burada oynamağın nə qədər çətin olduğunu hamımız bilirik. Həm rəqib keyfiyyətli komandadır, həm də Qəbələnin havası elədir ki, futbolçular bir müddət nəfəs almaqda əziyyət çəkirdilər, amma onlar bütün çətinliklərin öhdəsindən gəldilər. Zaman-zaman üstünlüyü rəqibə verirdik. Bu da normaldır, 90 dəqiqə təzyiqi saxlamaq mümkün deyil. Həm biz qol epizodları yaratdıq, həm də rəqibin imkanları oldu. Nəticədən və oyunçuların çıxışından çox razı qaldım. Bu qələbəni “Şəfa” rəhbərliyinə və Bakıdan bura gələn azarkeşlərimizə həsr edirik.

Həşimov daha sonra jurnalistlərin suallarını cavablandırdı:

– İlk oyunla müqayisədə heyətdə 4 dəyişiklik etmişdiniz və yerli futbolçuya şans vermişdiniz. Bu dəyişikliklər nə ilə əlaqədar idi?

– Biz cəmi ay yarımlıq komandayıq. Hələ də optimal heyətin və oyun stilinin axtarışındayıq. Dəyişikliklər sırf yerli və ya legioner məsələsi ilə bağlı deyildi. Axtarışları maksimum nəticə ilə başa vurmaq üçün bu addımı atdıq.

– Mövsümün əvvəlini nəzərə alsaq, komandanın potensialını necə dəyərləndirirsiniz? Məqsəd yalnız liqada qalmaqdır, yoxsa yuxarı pillələrdə qərarlaşmaq?

– Bu mövsüm qarşıya qoyulan əsas məqsəd Premyer Liqada yerimizi qorumaqdır. Gənc kollektivimiz var. Uzun fasilədən sonra geri dönmüşük, amma 26 il əvvəlki “Şəfa” ilə indikini müqayisə etmək düzgün olmaz. Daha da inkişaf etməliyik. İnanıram ki, bu heyətlə minimum hədəfimizə çata biləcəyik.

– Transfer pəncərəsinin bağlanmasına az qalmış yeni futbolçuların gəlişi gözlənilir?

– Xeyr, yeni transfer olmayacaq, bu məsələni bağlamışıq. Güclənmək dedikdə komandadaxili inkişafı nəzərdə tuturam. Məsələn, Luis Felipe ilk hissədə oynadı, amma cəmi üç həftədir bizimlədir. Elə oyunçular var ki, ikinci dəfədir 90 dəqiqə birgə çıxış edirdilər. Həm fiziki, həm də meydandakı anlaşma baxımından artırmağı nəzərdə tuturdum. Yeni transfer planlaşdırılmır.

– “Şəfa” fiziki cəhətdən rəqibdən daha dözümlü görünürdü. Bu, toplanışın bəhrəsidir, yoxsa heyətdəki futbolçuların fərdi keyfiyyətidir?

– Heyətdə bütün oyunu rahat oynaya bilənlər də var, hələ tam hazır olmayanlar da. Əvəzetmələri öncədən planlaşdıraraq meydandakı balansı qorumağa çalışdıq.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR