son dəqiqə SON DƏQİQƏ
"Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ●

Kaxaber Tsxadadze: “Futbolçular hələ çempionatın səviyyəsini dərk etməyib”

Bölmə adı Qəbələ
Yayımlandı 22-08-2026, 21:54

Misli Premyer Liqasının II turunda doğma meydanda “Şəfa”ya 0:1 hesabı ilə məğlub olan “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze oyundan sonra təşkil olunan mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandırıb.

Sport1.az xəbər verir ki, gürcü mütəxəssis ilk olaraq məğlubiyyət barədə fikirlərini bölüşdü:

– Çox pis nəticədir. Tərəfdarlarımız qarşısında belə məğlubiyyətə görə hər birimiz günahkarıq. Rəqib yarandığı yarım epizodluq imkandan istifadə edib qol vurdu, biz isə ələ düşən şansları dəyərləndirə bilmədik. Bəzi hallarda keyfiyyət baxımından geri qaldıq. Mərkəzdə tez-tez top itirir, hücuma çıxarkən ləng qərarlar verirdik. İlk 15–20 dəqiqədə bu aydın göründü və qapımızda çoxlu əks-hücumlar gördük. Futbolçular onlardan nə tələb olunduğunu və Azərbaycan çempionatının səviyyəsini hələ dərk etməyib. Qələbə qazanmağa bəs edəcək qədər vəziyyətlər yaratsaq da, qol buraxdıq. Keyfiyyəti artırmaq üçün çox çalışmalıyıq. Ötən mövsümki kombinasiyalı oyunumuz hələ ki yoxdur, yalnız cinah ötürmələrinə bel bağlayırıq.

Sxadadze daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– İki hücumçu ilə oynayırsınız, amma bunun effektivliyi görünmür. Bu sistem özünü doğruldacaq?

– Onların faydalı olacağına ümid edirdik. Rəqib müdafiəsində müəyyən gərginlik yaratsalar da, ələ düşən 4 imkandan yararlana bilmədilər. Taktika iki hücumçuya cinahlardan ötürmələrin verilməsi üzərində qurulmuşdu, amma sonluq zəif oldu.

– Ötən konfransda komandanın böyük potensialı olduğunu demişdiniz. Bu fikirdə qalırsınız?

– Məşqlərdə göstərdikləri performans baxımından deyə bilərəm ki, heyətdə potensial var. Bu heyətlə ilk dəfə Tovuzda oynamışdıq, zamana və analizlərə ehtiyac var. İki hücumçu ilə cərimə meydançasında təzyiq yaradırıq, lakin kombinasiyalı futbolumuz itib. Onların daha yaxşı oynayacağına şübhəm yoxdur. Rəqib ilk fürsətdəcə fərqləndi, biz isə çərçivəyə dəyən topları qola çevirə bilmədik.

​– Keçən il komandanın seleksiyasından razı qalmışdınız. İndi vəziyyət necədir?

​– Ötən illə müqayisəyə ehtiyac yoxdur, artıq yeni mövsümdəyik. Sadəcə, heyətdəki bəzi oyunçuların tam uyğunlaşması üçün biraz vaxta ehtiyacımız var.

– İkinci turdan sonra azarkeşlər “istefa” qışqırırlar…

– Belə məğlubiyyətdən sonra azarkeşlərin “istefa” tələb etməyə tam haqları var.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR