son dəqiqə SON DƏQİQƏ
"Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ●

Azərbaycan klublarından bir ilk

Bölmə adı Azərbaycan
Yayımlandı 21-08-2026, 11:54

Azərbaycan klublarının UEFA reytinqində topladığı xalların sayı 3,375-ə yüksəlib.

Sport1.az xəbər verir ki, bu, "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçındakı qələbəsindən sonra gerçəkləşib.

Ağdam klubu "Tvente"ni Niderlandda 1:0 hesabı ilə məğlub edib.

Bununla da "Qarabağ"ın ölkə reytinqinə töhfəsi 1,250-yə yüksəlib və ağdamlılar bu göstəricidə "Sabah"a çatıb.

Digər təmsilçilərimizdən "Zirə" 0,625, "Neftçi" 0,250 xal əldə edib.

Bu, Azərbaycan klublarının əsas mərhələlərə (qrup və ya liqadan başlayaraq) qədər olan müddət üçün rekord göstəricisidir.

Klublarımız heç vaxt təsnifat və pley-off mərhələlərində bu qədər xal toplamamışdı.

Bunadək rekord 3,125-ə bərabər idi. 2015/16 mövsümündə qeydə alınan həmin rekord 11 il sonra yenilənib və cavab görüşlərində göstərici daha da arta bilər.

Azərbaycan cari mövsümdə UEFA əmsallar cədvəlində bonuslarsız ən çox xal qazanan iki ölkədən biridir.

Latviya da eyni xal əldə edib.

Ümumi siyahıda 6-cı yerə şərik olan Azərbaycanla Latviya bonuslar hesabına öndə qərarlaşan Portuqaliya, İspaniya, Almaniya, İtaliya və İngiltərədən geri qalır.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR