son dəqiqə SON DƏQİQƏ
"Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ●

Kadi Borgesdən yeni rekord

Bölmə adı Qarabağ
Yayımlandı 21-08-2026, 11:36

"Qarabağ"ın futbolçusu Kadi Borqes yeni rekorda imza atıb.

Sport1.az xəbər verir ki, o, Azərbaycan klublarının UEFA Konfrans Liqasındakı ən yaxşı bombardiri adına sahib çıxıb.

Braziliyalı yarımmüdafiəçi buna turnirdəki 6-cı qolunu vurmaqla nail olub. O, pley-off mərhələsinin “Tvente” ilə Niderlanddakı görüşündə (1:0) fərqlənib. Bununla da Kadi UEFA Konfrans Liqasında “Qarabağ” forması ilə keçirdiyi 17 matçda 6-cı qoluna imza atıb. 

Onun əvvəlki 5 qolu 2021/22 mövsümünə təsadüf edib. Həmin vaxt Kadi III təsnifat mərhələsində Kipr AEL-inə (1:0) və pley-offda Şotlandiya “Aberdin”inə (3:1) bir, qrupda Kipr “Omoniya”sına (4:1) iki, pley-offda Fransa “Marsel”inə (1:3) bir qol vurub.

Bunadək Azərbaycan klublarının UEFA Konfrans Liqasındakı ən yaxşı bombardiri adına üç şərik var idi. Kadidən başqa bunu bacaran futbolçulardan Coy Lens Mikels “Sabah”ın, Rafael Utziq “Qəbələ” və “Zirə”nin heyətində 5 qola sevinib.

Kadi “Qarabağ” forması ilə avrokuboklarda ümumi qol sayını 11-ə çatdırıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR