son dəqiqə SON DƏQİQƏ
Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ●

"Ümid edirəm ki, yenə də mərhələni keçən tərəf bizim komanda olacaq"

Bölmə adı Qarabağ
Yayımlandı 18-08-2026, 14:41

"Qarabağ" Misli Premyer Liqasının I turunda "Şamaxı" ilə qarşılaşıb - 3:1.

Sport1.az xəbər verir ki, həmin matçdan sonra Ağdam təmsilçisinin müdafiəçisi Bəhlul Mustafazadə jurnalistlərin suallarını cavablandırıb:

Zədədən qayıdan futbolçu səhhətinin yaxşı olduğunu söylədi:

"Uzun müddət sonra meydanlara qayıtdığım üçün çox şadam. Ümid edirəm ki, bir daha belə zədə olmaz".

Bəhlul yay "transfer pəncərəsi"ndə hansısa klubdan təklif almadığını bildirdi:

"Zədədən sonra bu haqda heç bir söhbət olmayıb. Açığı, mənim üçün də o qədər maraqlı deyildi. Çünki bütün fikrim zədəmi sağaltmaqda idi. Sonda bunu bacardığım üçün şadam".

Mustafazadə UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" ilə oyunundan da söz açdı:

"Şanslar bərabərdir. Mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik. "Qarabağ" olaraq belə görüşlərə çox çıxmışıq. Ümid edirəm ki, yenə də mərhələni keçən tərəf bizim komanda olacaq".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR