son dəqiqə SON DƏQİQƏ
I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ● İspaniya Xorvatiya ilə qarşılaşır, Çexiya səfərdə İngiltərə ilə üz-üzə ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət Heydərov qələbə ilə başladı ● U-20 milli komandamız Qəbələdə Yaponiya ilə qarşılaşır ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxır ● "Sabah" FİBA Çempionlar Liqasında bu gün ilk matçına çıxır ● Azərbaycanın U-21 millisi Bakıda Cəbəllütariqə qarşı ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət bu gün mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● ML: Fransa Belçikanı, İtaliya Türkiyəni məğlub edib ● "İdmançılarımıza parlaq qələbələr arzulayıram!" ● Rəşad Eyyubov: “Bu toplanış bizi daha da birləşdirdi” ● AFFA rəsmiləri Meksika səfiri ilə görüşüb ● “Neftçi” – “Sabah” matçına biletlər satışda ● “Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib ● MOK prezidenti Viktor Lukaşenko ilə görüşüb ● Belarusla idman sahəsində əməkdaşlıq müzakirə edilib ●

Marko Yankoviç də "Qarabağ"dan ayrılacaq? - Futbolçunun özü danışdı

Bölmə adı Qarabağ
Yayımlandı 18-08-2026, 13:12

"Qarabağ" Misli Premyer Liqasının 1-ci turunda "Şamaxı"nı məğlub edib - 3:1.

Sport1.az həmin görüşdən sonra Ağdam təmsilçisinin yarımmüdafiəçisi Marko Yankoviçin jurnalistlərə müsahibəsini təqdim edir:

Oyunla bağlı nə deyə bilərsiniz?

- Çempionatın ilk matçına çıxdıq. Bizim üçün 3 xal qazanmaq çox vacib idi. Bunu bacardıq. Oyuna gəldikdə, səhvlərimiz də oldu, bəzi məqamlarda yaxşı çıxış etdik. Məqsədimiz Konfrans Liqasının pley-off oyunu öncəsi özümüzə inamı qaytarmaq idi. Buna nail olduq. Sözsüz ki, ilk oyunda səhvlər olur.

UEFA Konfrans Liqasında Liqa mərhələsinə vəsiqə qazanacağınıza inam nə dərəcədədir?

- Faiz nisbəti ilə dəyərləndirmək ciddi olmaz. Təbii ki, komandamızın mərhələ adlayacağına inanıram. Daha əvvəl nəyə qadir olduğumuzu sübut etmişik. Böyük klublara qarşı oyun təcrübəmiz var. İnanmasaydıq, heç səfər oyununa getməzdik. Təbii ki, "Tvente"yə qalib gələcəyimizə inanırıq.

Digər klublardan təklif almısınız? "Qarabağ"da qalacaqsınız?

- Mənim "Qarabağ"la hələ bir illik müqaviləm var. Bu klubun futbolçusuyam.

Türkiyə Super Liqasına vəsiqə qazanan "Çorum" klubunun sizinlə yaxından maraqlandığı, lakin həyat yoldaşınızın həmin şəhəri bəyənməməsi səbəbindən keçidin baş tutmadığı deyilir. Bu, nə dərəcədə doğrudur?

- Xeyr, bu, yanlış məlumatdır.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR