son dəqiqə SON DƏQİQƏ
DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ●

Azər Bağırov: “Daha yaxşı olmaq üçün çalışacağıq”

Bölmə adı Şamaxı
Yayımlandı 17-08-2026, 22:32

Misli Premyer Liqasının I turu çərçivəsində “Şamaxı” səfərdə “Qarabağ”a 1:3 hesabı ilə məğlub olub.

Sport1.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Şamaxı"nın baş məşqçisi Azər Bağırov oyun haqda fikirlərini bildirib:

"Qarabağ"a qarşı oynamaq həmişə çətindir. Birinci hissədə uşaqlarda həyəcan var idi. Bu oyundan nəticələr çıxarmalıyıq. Səhvlərimiz var. Oyundan əvvəl dediyimiz epizodlarda səhvlər etdik. Daha yaxşı olmaq lazımdır. "Qarabağ" kimi rəqiblərlə matçlarda tapşırıqları maksimum yerinə yetirmək lazımdır. Cüzi səhvlər bağışlanmır. Daha yaxşı olmaq üçün çalışacağıq. "Qarabağ"a Konfrans Liqasında uğurlar arzulayıram".

- "Şamaxı"da hansı dəyişikliklər edə biləcəksiniz?

- Yerli gənc futbolçulardan ibarət yaxşı heyətimiz var. Azərbaycan futboluna yaxşı oyunçular cəlb etmək istəyirik. İşimiz çətindir. Asan iş olmur. Bilirsiniz ki, Premyer Liqada çalışmaq nə qədər çətindir. İnşallah zamanla sponsorumuz olar və hər şey yoluna düşər.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR