son dəqiqə SON DƏQİQƏ
Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ●

Aydın Bayramov: "Onun haqqında bir fikir bildirmək mənə düşməz"

Bölmə adı Zirə
Yayımlandı 17-08-2026, 10:59

"Startımız yaxşı alındı. Çətin rəqibə qarşı mübarizə apardıq. Bilirdik ki, "Şəfa" bizə qarşı motivasiyalı olacaq. Çünki onlar Premyer Liqada ilk matçlarına çıxdılar".

Bu sözləri Sport1.az-a açıqlamasında "Zirə"nin qapıçısı Aydın Bayramov deyib.

O, Misli Premyer Liqasının 1-ci turunun ilk qarşılaşmasından sonra (2:0) rəqibi dəyərləndirdi:

"Şəfa"ya uğurlar arzu edirəm. Yaxşı komanda formalaşdırıblar. Şükürlər olsun ki, qələbə qazandıq".

Qolkiper 2026/27 mövsümünün qəsəbə təmsilçisi üçün çətin keçəcəyini bildirdi:

"Rəqiblərimizin hamısı yaxşı formadadır. Yuxarı pillələrdə qərarlaşmağa çalışacağıq. İlk turun bütün qarşılaşmalarını ümumiləşdirib fikir bildirməli olsam, növbəti görüşlərin çətin keçəcəyini deyə bilərəm.

Daha çox mübarizə aparan tərəf qələbə qazanacaq. Bütün qarşılaşmalara qalibiyyət üçün çıxacağıq. "Zirə" hər il avrokuboklarda çıxış etmək gücündə olur. Bu məqsəd uğrunda meydana çıxırıq".

Bayramov "Şəfa"nın qapıçısı Nicat Mehbalıyevdən də söz açdı:

"Uğurlar arzulayıram. Yaxşı oyun göstərdi. Onun haqqında fikir bildirmək mənə düşməz. Biz həmkarıq. Məşqçilər heyəti bu barədə danışa bilər. Dostuq və yaxşı ünsiyyətimiz var".

O, futbol üzrə Azərbaycan millisinə dəvət edilib-edilməyəcinə dair ünvanlandırılan sualı belə cavablandırdı:

"Milli komandada oynamaq hər bir futbolçunun arzusudur. Klubumda az forma şansı qazandığım vaxtlarda da yığmaya çağırılırdım. Hazırda "Zirə"də davamlı oynayıram. A milliyə yenidən çağırılıb-çağırılmamağım məşqçilərin qərarı olacaq".

Aydın Misli Premyer Liqasının 2-ci turunun "İmişli" ilə qarşılaşmasını da dəyərləndirdi:

"Həmin matça yalnız qələbə üçün çıxacağıq. Onlar bizim üçün çətin rəqibdir. Deyəsən, həmin komanda ilə 3 dəfə heç-heçə etmişik. Tilsimi qırıb qələbə qazanmağa çalışacağıq".

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR