son dəqiqə SON DƏQİQƏ
DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ●

Zaur Həşimov: “Komandanı sıfırdan yığmışıq”

Bölmə adı Şəfa
Yayımlandı 16-08-2026, 23:34

Bu gün Misli Premyer Liqasında I tur çərçivəsində debütant "Şəfa" səfərdə "Zirə"yə 0:2 hesabı ilə məğlub olub.

Sport1.az xəbər verir ki, "Şəfa"nın baş məşqçisi Zaur Həşimov jurnalistlərin suallarını cavablandırıb:

"Daha çox mübarizə aparırdıq. Yaxşı komandaya qarşı oynayırdıq. "Zirə" artıq 6-cı hətədir məşqlərdədir, bizim fiziki durumumuz daha aşağıdır onlardan. Komandamdan narazı qalmadım. Futbolçularıma təşəkkür etdim. Bizə vaxt lazımdır. Komandanı sıfırdan yığmışıq. İlk məşqdə 12-13 futbolçu var idi. Vaxt keçdikcə, daha yaxşı komanda olacaq"

- Debütant komanda üçün transferlər çox olub. Seleksiya işindən razısız? Elitada qalmağınız üçün kifayətdir?

- Keçən il I liqada oynayan komandadan futbolçular qalıb komandada. Yerli oyunçular da dəvət etmişik. Xarici də var. Yerli və legionerləri də nəzərə almışıq. Bəzi mövqelərə nəinki yerli futbolçu ilə danışdıq, o mövqelərə yerli tapa bilmədik. Ona görə daha çox legionerə üstünlük verməyi lazım bildi rəhbərlik.

- Nə qədər vaxt lazımdır ki, komanda istədiyi nəticəni göstərə bilsin?

- Vaxt deyəndə, bəhanə kimi demirəm. Bir ay, ayyarımın komandasıyıq. Bu gün Zirəyə xal arxasınca gəlmişdik. Bütün oyunlara pozitiv yanaşacağıq. Yoldaşlıq oyunlarında da da uduzmamışıq. Bu gün ilk dəfə uduzduq. Futbolçuların keyfiyyətini, bacarığını göstərməsi üçün fiziki cəhətdən istədiyi duruma gəlməlidir. Birinci hissədə də göründü ki, anlaşma yaxşı deyil. Bu da hər yerdə olur. Bu gün də yaxşı oynadıq. Oyundan-oyuna da bunu artıracağıq. Əvvəllər millinin oyunu sentyabrın 4-5-nə düşürdü, yeni yığılan komandalar o aradan istifadə edirdi. Bu dəfə uzun olur deyə, sıxıntımız ola bilər.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR