son dəqiqə SON DƏQİQƏ
Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ●

Fərid Namazov: “Bu səviyyəyə gəlib çıxanda yaş amili kənarda qalır”

Bölmə adı İmişli
Yayımlandı 15-08-2026, 21:23

"İmişli" Misli Premyer Liqasının 1-ci turunda səfərdə "Araz-Naxçıvan"la 0:0 hesablı heç-heçə edib.

Sport1.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Fərid Namazov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çempionatın ilk oyunu həmişə ağır keçir. Bərabər oyun getdi. Hər iki komandanın qol epizodları oldu. Taktiki planda istədiyimiz kimi oynamağa çalışdıq. Həm hücumda, həm də müdafiədə istədiklərimizi yerinə yetirdik. Püşk atılandan sonra rəqibi təhlil edirdik. Planımız rəqibin qarşısını almaq yox, öz oyunumuzu inkişaf etdirmək idi. Biz də qələbə qazana bilərdik, rəqib də.

- Çempionatın ən gənc baş məşqçilərindən birisiniz. İlk oyun sizin üçün necə keçdi?

- Xoş hissdir. Yaş məsələsinə fikir vermirəm. Bu səviyyəyə gəlib çıxanda yaş amili kənarda qalır, digər məşqçilərlə mübarizəyə qoşulursan. Həm özümü, həm də komandanı inkişaf etdirməyə fokuslanmışam.

- Gənc məşqçi olduğunuz üçün üzərinizdə təzyiq olacaq. Buna hazırsınız?

- 3-4 turdan sonra komandaların hansı mövqelər uğrunda mübarizə aparacağı bilinəcək. Rəqiblərlə bağlı şifahi məlumatlarımız var. Təzyiq olmalıdır. Tənqidlərə açığıq. Tənqid olmasa, mən də inkişaf edə bilmərəm. İnsan həmişə təzyiq altında olmalıdır ki, yaxşı yerlərə gəlib çıxa bilsin.

- 3 xalı əldən verdiyinizi demək olar?

- Yaxşı qol epizodlarımız var idi. Əsasən də standart vəziyyətlərdən. Bunun üzərində çox çalışırıq. Qələbənin tam olaraq bizim haqqımız olduğunu demək ədalətsizlik olar. "Araz-Naxçıvan"ın da qol epizodları var idi.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR