"Neftçi"dən ayrılan İmad Faraj sosial şəbəkə hesabında vida paylaşımı edib.
Sport1.az xəbər verir ki, fransalı vinger "ağ-qaralar"a uğurlar arzulayıb:
"Bu gün karyeramın mühüm bir səhifəsi başa çatır.
Klub rəhbərliyinə, komanda yoldaşlarıma, məşqçilərimə, inzibati heyətə və hər gün bu klub üçün çalışan hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Burada heç vaxt unutmayacağım anlar yaşadım və hər zaman mənim üçün önəmli olacaq insanlarla tanış oldum.
Azarkeşlərimizə böyük dəstəyə, həm yaxşı, həm də çətin anlarda bizə verdikləri gücə görə xüsusi təşəkkür edirəm. Bu formanı hər dəfə geyinəndə əlimdən gələni etməyə, bütün gücümü meydana qoymağa çalışdım.
Bu gün karyeramda yeni səhifə açmaq üçün klubdan ayrılıram. Lakin "Neftçi"yə hər zaman böyük hörmət və sevgi bəsləyəcəyəm. Bu klub və burada tanıdığım insanlar həmişə mənim həyat hekayəmin bir parçası olaraq qalacaq.
Kluba, komanda yoldaşlarıma və bütün azarkeşlərimizə gələcəkdə yalnız uğurlar arzulayıram".
Xatırladaq ki, Faraj karyerasını Tunisin “Esperans” klubunda davam etdirəcək.