son dəqiqə SON DƏQİQƏ
Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ●

"Qarabağ"la oyun üçün Bakıya gələn yarımmüdafiəçi ilə bağlı ŞOK İDDİA

Bölmə adı Qarabağ
Yayımlandı 15-08-2026, 13:51

"Dinamo"nun (Kiyev) yarımmüdafiəçisi Andrey Yarmolenkonun adının UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirilən cavab oyununda iştirak ərizəsində olmamasının səbəbi açıqlanıb.

Sport1.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist Andrey Piskun məlumat yayıb.

O, Andreyin matçın keçirildiyi stadiona gəlmədiyini iddia edib:

"Düşünürəm ki, hamı oyunun iştirak ərizəsində Andrey Yarmolenkonun olmadığını gördü. Belə ki, mənə "Dinamo"ya yaxın mənbələrdən məlum olduğu qədər, o, komanda ilə birlikdə Bakıya uçub və oynamağa hazır olub.

Lakin oyundan əvvəlki taktiki toplantıda baş məşqçi İqor Kostyukun onu start heyətində meydana buraxmağı planlaşdırmadığını öyrənib. Bu isə Yarmolenkonun xoşuna gəlməyib və o, hətta oyuna getməyərək oteldə qalmaq qərarına gəlib".

Sözügedən qarşılaşma Qurban Qurbanovun komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Nəticədə, mərhələni adlayan tərəf "Qarabağ" olub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR