Premyer Liqanın I turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Şamaxı" oyununun biletləri satışa çıxarılıb.
Sport1.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir və 5-20 manat aralığındadır.
Biletlər bu gün saat 15:00-dan etibarən iTicket.az-da onlayn satışda olacaq.
Oyun günü isə azarkeşlər biletlərini stadionun kassalarından və ya iTicket.az-dan əldə edə bilərlər.
Qapılar fanatlar üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.