son dəqiqə SON DƏQİQƏ
Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ●

"Bir neçə oyun da keçirsək, daha inamlı şəkildə davam edəcəyik"

Bölmə adı Qarabağ
Yayımlandı 14-08-2026, 12:11

"Qarabağ"ın prezidenti Tahir Gözəl UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" (Kiyev) ilə cavab oyunundan sonra (2:0) jurnalistlərə açıqlama verib.

Sport1.az xəbər verir ki, klub rəhbəri komandasının göstərdiyi oyundan çox məmnun qaldığını bildirib:

"Onlar keçmiş SSRİ çempionatlarında 13 qızıl medal qazanıblar, son olaraq, 35 il əvvəl elə bu stadionda 3:1 hesablı nəticə qeydə alınıb. Qalib gəldiyimiz üçün çox şadam. "Qarabağ" hər oyundan-oyuna gücünü artırır. Çünki bu komanda çox möhtəşəmdir. Bir az vaxt lazımdır. Bir neçə oyun da keçirsək, daha inamlı şəkildə davam edəcəyik.

Biz çox iddialıyıq. Hələ də iki oyunçu axtarırıq. Rəhbərliyin tam dəstəyi var. Hər şey baş məşqçimiz Qurban Qurbanovun yanaşmalarından asılıdır. Mən bu komandaya inanıram. Bugünkü oyuna fikir versəniz, bu, artıq doğrudan da Avropa səviyyəsində bir oyundur. Bizə zaman lazımdır. Yetər ki, bir neçə oyun keçirə bilək".

Xatırladaq ki, iki oyunun nəticəsinə əsasən, mərhələ adlayan "köhlən atlar" pley-offda "Tvente" ilə üz-üzə gələcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR