son dəqiqə SON DƏQİQƏ
I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ● İspaniya Xorvatiya ilə qarşılaşır, Çexiya səfərdə İngiltərə ilə üz-üzə ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət Heydərov qələbə ilə başladı ● U-20 milli komandamız Qəbələdə Yaponiya ilə qarşılaşır ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxır ● "Sabah" FİBA Çempionlar Liqasında bu gün ilk matçına çıxır ● Azərbaycanın U-21 millisi Bakıda Cəbəllütariqə qarşı ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət bu gün mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● ML: Fransa Belçikanı, İtaliya Türkiyəni məğlub edib ● "İdmançılarımıza parlaq qələbələr arzulayıram!" ● Rəşad Eyyubov: “Bu toplanış bizi daha da birləşdirdi” ● AFFA rəsmiləri Meksika səfiri ilə görüşüb ● “Neftçi” – “Sabah” matçına biletlər satışda ● “Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib ● MOK prezidenti Viktor Lukaşenko ilə görüşüb ● Belarusla idman sahəsində əməkdaşlıq müzakirə edilib ●

"Dinamo" ilə oyunda futbolçular varlıqlarını ortaya qoymalıdırlar"

Bölmə adı Qarabağ
Yayımlandı 13-08-2026, 18:16

"Qarabağ" bu axşam avrokuboklarda ən kritik matçlarından birinə çıxacaq.

Təmsilçimiz UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda Kiyev "Dinamo"sunu qəbul edəcək.

Görəsən, "köhlən atlar"ın vacib qarşılaşmasından gözləntilər nədir?

Ağdam təmsilçisi ukraynalıları mübarizədən kənarlaşdıra biləcək?

Suallarımızı veteran futbolçu Tərlan Əhmədova ünvanladıq.

Mütəxəssis Sport1.az-a açıqlamasında görüşün asan keçməyəcəyini proqnoz etdi:

"Qarabağ"dan sadəcə qələbə gözləyirəm. Komanda hələ tam formalaşmayıb. Polşadakı dueldə komandanın oyun üslubunda çatışmazlıqların olduğunu gördük. Bu, xüsusilə, hücum xətti ilə bağlıdır. "Qarabağ"ın avrokuboklarda kifayət qədər çox təcrübəsi var. Ötən mövsüm Çempionlar Liqasının əsas mərhələsində çıxış ediblər. Hazırda isə mübarizəyə Konfrans Liqasının təsnifat mərhələsində davam edirlər. Bu turnirlər arasında xeyli fərq var. Təmsilçimiz imicini qorumaq üçün nəyin bahasına olursa-olsun, qələbə qazanmağa çalışacaq. "Dinamo" da adı-sanı olan klubdur. Yerli futbolçulara daha çox üstünlük verirlər. İlk matçda da gördük ki, əzmkar çıxış edirlər. Ümid edirəm ki, qalib gələn tərəf "Qarabağ" olacaq.

Ekspert yay "transfer pəncərəsi"ndə heyətə cəlb edilən futbolçulardan da söz açdı:

"Liqa mərhələsinə qədər qarşıda hələ pley-off raundu var. Yeni gələnlərin komandaya uyğunlaşma dönəmi başa çatmayıb. "Qarabağ" həmişə rəqiblərinə təzyiq göstərməyə üstünlük verib. Bu gün postsovet məkanının iki komandası üz-üzə gəlir. Oyun ağır keçəcək. Hər iki kollektiv mərhələni keçmək üçün mübarizə aparacaq. Ağdam təmsilçisi ağıl və nizam-intizamla oynayaraq, müdafiədə daha diqqətli çıxış edərək rəqibi üstələyə bilər. Qurban Qurbanov da ilk matçı dərindən analiz edib.

Yeni gələn futbolçular gedənlərin yerini doldura bilməyiblər. Kevin Medina, Kamilo Duran və Leandro Andrade ilk gəldiyi gündən komandaya fayda verməyi bacarmışdılar. Görünür, baş məşqçinin oyun fəlsəfəsinə alışmayıblar. "Dinamo" ilə oyunda futbolçular bütün varlıqlarını ortaya qoymalıdırlar".

Tərlan Əhmədov Zakario Savonun 8 həftəlik sıradan çıxmasına da münasibət bildirdi:

"Çox ciddi itkidir. Böyük ümidlərlə transfer edilmişdi. Bu, klub üçün də zərbədir. Bir daha təkrarlayıram: "Qarabağ"ın vahid oyun üslubu var. Qurban Qurbanov hücumçu olmadan da qələbə qazanmağı bacarıb. Təmsilçimizə uğurlar arzu edirəm".

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR