son dəqiqə SON DƏQİQƏ
Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ●

"Qarabağ" avrokuboklarda bundan da çətin rəqiblərlər qarşılaşıb" - AÇIQLAMA

Bölmə adı Qarabağ
Yayımlandı 13-08-2026, 17:29

"Qarabağ" bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununa çıxacaq.

Qurban Qurbanovun komandası doğma azarkeşlər önündə Kiyev "Dinamo"sunu qəbul edəcək.

Görəsən, ilk matçda mübarizəyə yaxşı start verən Ağdam təmsilçisi hansı səbəbə məğlubiyyətlə üzləşdi?

"Köhlən atlar" 3 oyundur rəqib qapılarına yol tapa bilmir. Məhz bu amil ukraynalılara qarşı mübarizədə futbolçuların psixoloji durumuna necə təsir göstərəcək?

Suallarımızı "Zaqatala"nın baş məşqçisi Rakif Əliyevə ünvanladıq.

Mütəxəssis Sport1.az-a açıqlamasında yeni transferlərdən söz açdı:

"Qarabağ" avrokuboklarda bundan da çətin rəqiblərlə qarşılaşıb. Komanda bir çox oyundan üzüağ çıxmağı bacarıb. Ümid edirəm ki, təmsilçimiz bu dəfə də qalib gəlməyi bacaracaq. Qurban müəllimin oyun üslubu düşünülmüş hücumların qorunması ilə seçilir. Ona görə də son dönəmlərdə yeni oyunçuların transferi və onların hazırlıq durumu "köhlən atlar"ın oyun üslubuna təsir edir. Bu müddət ərzində belə bir oyun tərzini komandaya aşılamaq üçün vaxt lazımdır".

Əliyev zədələnərək 8 həftə müddətinə sıradan çıxan Zakario Savonun yerinə hücumda Aleksey Kaşukun oynamasına da münasibət bildirdi:

"Bəhlul Mustafazadənin yoxluğu, Kevin Medinanın, Toral Bayramovun, Kamilo Duranın, Leandro Andradenin ayrılığı komandaya təsir edib. Yoldaşlıq görüşlərində Savonun hücum xəttində inamlı çıxışı müşahidə edilirdi. Yaxşı transfer idi, lakin zədələnməsi gözlənilməz oldu. Aleksey Kaşuk sürətlidir, ancaq stabilliyi olmadığı üçün komandaya kömək edə bilmir".

Müəllif: Həlimə Əliyeva
OXŞAR XƏBƏRLƏR