son dəqiqə SON DƏQİQƏ
Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ●

"Sabah" "Orhus"la oyunla bağlı bəyanat yaydı

Bölmə adı Sabah
Yayımlandı 12-08-2026, 19:34

“Sabah” Futbol Klubu “Orhus”la oyundan əvvəl azarkeşlər arasında baş verən insidentlə bağlı bəyanat yayıb.

Sport1.az xəbər verir ki, klub hadisədən təəssüf hissi keçirdiyini bildirib və insidentin tam kontekstinin düzgün təqdim olunmasının vacibliyini vurğulayıb.

Bəyanatda “Sabah”ın “fair play” prinsiplərinə, qarşılıqlı hörmətə və sivil davranış qaydalarına önəm verdiyi qeyd olunub.

Klubun məlumatına görə, insidentdən əvvəl qonaq azarkeşlər tərəfindən yerli tərəfdarlara qarşı şifahi aqressiya nümayiş etdirilib və Azərbaycan mədəni kontekstində təhqiramiz hesab edilən ifadələr səsləndirilib.

Bununla belə, “Sabah” fiziki aqressiyanı və zorakılığı dəstəkləmədiyini, istənilən mübahisənin sivil və qanuni yollarla həll edilməli olduğunu bildirib.

Klub hadisə ilə bağlı UEFA və aidiyyəti qurumlarla əməkdaşlığa hazır olduğunu açıqlayıb. Həmçinin insidentin obyektiv araşdırılması üçün müşahidə kameralarının görüntüləri də daxil olmaqla, klubun sərəncamında olan məlumat və materialların aidiyyəti qurumlara təqdim edildiyi bildirilib.

“Sabah” həm öz azarkeşlərini, həm də Azərbaycana gələn xarici tərəfdarları qarşılıqlı hörmətə və futbol mədəniyyətinə riayət etməyə çağırıb.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR