son dəqiqə SON DƏQİQƏ
Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ●

Çempionlar Liqası: "Orhus" "Sabah"ı bu səbəbdən UEFA-ya şikayət etdi

Bölmə adı Sabah
Yayımlandı 12-08-2026, 14:38

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Orhus"u məğlub edən "Sabah" (0:4) pley-off mərhələsinə adını yazdırıb.

Sport1.az xəbər verir ki, həmin dueldən bir neçə saat öncə "bayquşlar"ın azarkeşləri rəqibin tərəfdarlarına hücum edib.

Danimarka təmsilçisinin direktoru Ceykob Nilsen məsələ ilə bağlı bold.dk saytına açıqlama verib:

"UEFA-nın tələbinə görə, qonaq azarkeşlərlə meydan sahiblərinin tərəfdarları stadiona eyni girişdən daxil ola, həmçinin eyni və ya bir-birinə yaxın sektorlarda əyləşə bilməz. Onlar təhlükəsizliyin təmin olunması məqsədilə tribunalara ayrı-ayrı yerlərdən daxil olmalıdırlar. Lakin "Sabah" bizim üçün belə şərait yaratmadı.

Oyundan bir gün əvvəl bu barədə azarkeşlərimizi məlumatlandırmış, onlardan çox diqqətli olmağı xahiş etmişdik. Təəssüf ki, belə hadisə yaşandı. Baş verənlərin azarkeşlərimiz üçün məyusedici olduğunu bilirik.

Hadisə barədə UEFA-nın stadiondakı nümayəndəsi ilə danışmışam. Həmçinin UEFA-ya məlumat verilib. Hazırda bu haqda daha ətraflı məlumat toplanılır. Aydındır ki, "Sabah" təhlükəsizlik qaydalarına riayət etməyib. Hazırda rəqib klubla da danışıqlarımız davam edir".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR