son dəqiqə SON DƏQİQƏ
I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ● İspaniya Xorvatiya ilə qarşılaşır, Çexiya səfərdə İngiltərə ilə üz-üzə ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət Heydərov qələbə ilə başladı ● U-20 milli komandamız Qəbələdə Yaponiya ilə qarşılaşır ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxır ● "Sabah" FİBA Çempionlar Liqasında bu gün ilk matçına çıxır ● Azərbaycanın U-21 millisi Bakıda Cəbəllütariqə qarşı ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət bu gün mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● ML: Fransa Belçikanı, İtaliya Türkiyəni məğlub edib ● "İdmançılarımıza parlaq qələbələr arzulayıram!" ● Rəşad Eyyubov: “Bu toplanış bizi daha da birləşdirdi” ● AFFA rəsmiləri Meksika səfiri ilə görüşüb ● “Neftçi” – “Sabah” matçına biletlər satışda ● “Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib ● MOK prezidenti Viktor Lukaşenko ilə görüşüb ● Belarusla idman sahəsində əməkdaşlıq müzakirə edilib ●

"Qarabağ"ın məğlubiyyətində yalnız özləri günahkardır" - Veteran oyunçu

Bölmə adı Qarabağ
Yayımlandı 12-08-2026, 12:59

"İlk oyundan sonra "Dinamo"nun necə qalib gəlməsindən daha çox "Qarabağ"ın qol vura bilməməsi barədə düşünürdüm. "Qarabağ"ın məğlubiyyətində yalnız özləri günahkardır".

Sport1.az xəbər verir ki, bu sözləri Kiyev təmsilçisinin və Ukrayna milli komandasının sabiq hücumçusu Artyom Milevski deyib.

O, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Dinamo" duelindən öncə matçı dəyərləndirib (ilk oyun 0:1).

Veteran futbolçu Bakıda baş tutacaq cavab qarşılaşmasının çətin keçəcəyini deyib:

"İkinci oyunun qalibi səhvlərini düzəltmək üçün daha çox çalışan tərəf olacaq. İnanmıram ki, "Dinamo" tez bir zamanda öyrənsin. Hətta öyrənsələr belə, bu, çox uzun vaxt aparacaq. Ümumilikdə komanda zəif oynayır".

Artyom ukraynalıların müdafiə xəttinin bərbad olduğunu diqqətə çatdırıb:

"Azərbaycanda çətin olacaq. "Qarabağ"ın oyuna uzun müddət diqtə etməyinin mənası yoxdur. Əgər "Dinamo" lap "dərində" müdafiə olunub əvvəldən topu uzaqlaşdırmalı olsa, nə baş verə biləcəyini təsəvvür etməkdən belə qorxuram.

Mənim ehtimalım belədir: "Qarabağ" qol vurur, "Dinamo" cavab verməyə çalışır, amma nəticə hasil olmur. Matç əlavə vaxta qədər və ya penaltilər seriyasına qədər uzana bilər. Hər iki tərəfin mərhələ adlamaq şansı var".

Xatırladaq ki, "Qarabağ" - "Dinamo" matçı sabah saat 20:00-da start götürəcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR