SON DƏQİQƏ
II Liqa təmsilçisi "Qaradağ Lökbatan" "Neftçi"nin futbolçusunu transfer edib.
Sport1.az xəbər verir ki, komanda İbrahim Novruzovla anlaşıb.
Tərəflər arasında bir illik müqavilə imzalanıb.
Yarımmüdafiəçinin son klubu MOİK olub.
O, "ağ-qaralar"ın əvəzedicilərdən ibarət komandasında forma geyinib.