son dəqiqə SON DƏQİQƏ
Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ●

Millimizin sabiq üzvü Ukrayna mətbuatına "Qarabağ"dan danışdı

Bölmə adı Qarabağ / Manşet
Yayımlandı 11-08-2026, 17:19

"Polşadakı ilk oyun "Qarabağ"ın üstünlüyü ilə keçdi. Lakin xırda səhv ucbatından qol buraxdıq".

Sport1.az xəbər verir ki, bu sözləri Ukrayna mətbuatına açıqlamasında veteran futbolçu Samir Musayev deyib.

Azərbaycan millisinin sabiq üzvü UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" ilə ilk matçında Ağdam təmsilçisinin məğlubiyyətindən (1:0) söz açıb:

"İlk qarşılaşmada qeydə alınan nəticəni konkret bir şeylə izah etmək çətindir. Çünki komandamız həqiqətən yaxşı oynadı. Yay "transfer pəncərəsi"ndə "Qarabağ"ın heyətində ciddi dəyişikliklər baş verdi. Futbolçuların birlikdə oynaması və bir-birlərinə uyğunlaşması üçün vaxt lazımdır.

Hücum xəttində çıxış edən futbolçular tam hazır olmadıqları üçün qol vura bilmədik. Zaman irəlilədikcə komandanın daha yaxşı çıxış edəcəyini görəcəyik. Məncə, komandaya yeni qoşulanlar kifayət qədər güclüdürlər. İnanıram ki, "Qarabağ" "Dinamo"nu məğlub edəcək".

Xatırladaq ki, tərəflər arasında baş tutacaq cavab qarşılaşması avqustun 13-ü, saat 20:00-da start götürəcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR