"Karvan-Yevlax" Peter Nqozi Kinqslə müqavilənin müddətini uzadıb.
Sport1.az xəbər verir ki, nigeriyalı 2026/27 mövsümündə də I Liqa təmsilçisinin formasını geyinəcək.
O, 3 ildir bölgə təmsilçisində çıxış edir.
Kinqs "Karvan-Yevlax"ın heyətində ümumilikdə 58 oyuna çıxıb və 11 qol vurub.