UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ" Bakıda Kiyev "Dinamo"sunu qəbul edəcək.
Sport1.az xəbər verir ki, həmin dueldən öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları bəlli olub.
Baş məşqçi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı avqustun 12-də saat 13:30-da "Azersun Arena"da baş tutacaq.
Saat 18:45-da isə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqə) eyni arenada keçiriləcək.
Qonaq komandanın baş məşqçisi İqor Kostyukun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək mətbuat konfransı saat 17:00-da start götürəcək.
"Dinamo"nun ilk 15 dəqiqəsi media üçün açıq olacaq məşqi 17:30-da başlayacaq.