son dəqiqə SON DƏQİQƏ
I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ● İspaniya Xorvatiya ilə qarşılaşır, Çexiya səfərdə İngiltərə ilə üz-üzə ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət Heydərov qələbə ilə başladı ● U-20 milli komandamız Qəbələdə Yaponiya ilə qarşılaşır ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxır ● "Sabah" FİBA Çempionlar Liqasında bu gün ilk matçına çıxır ● Azərbaycanın U-21 millisi Bakıda Cəbəllütariqə qarşı ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət bu gün mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● ML: Fransa Belçikanı, İtaliya Türkiyəni məğlub edib ● "İdmançılarımıza parlaq qələbələr arzulayıram!" ● Rəşad Eyyubov: “Bu toplanış bizi daha da birləşdirdi” ● AFFA rəsmiləri Meksika səfiri ilə görüşüb ● “Neftçi” – “Sabah” matçına biletlər satışda ● “Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib ● MOK prezidenti Viktor Lukaşenko ilə görüşüb ● Belarusla idman sahəsində əməkdaşlıq müzakirə edilib ●

Peşəkar Futbol Liqası "Misli" ilə sponsorluğu davam etdirir - RƏSMİ

Bölmə adı Futbol
Yayımlandı 10-08-2026, 14:41

Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Misli" brendi ilə Peşəkar Futbol Liqası (PFL) arasında Azərbaycan Premyer Liqasının titul sponsorluğuna dair müqavilənin müddəti uzadılıb.

Sport1.az xəbər verir ki, razılığa əsasən, "Misli" 2026/27-ci illər mövsümündə də Azərbaycan Premyer Liqasının əsas sponsoru olacaq və ölkə çempionatı "Misli Premyer Liqası" adlanacaq.

"Misli" hər zaman ölkədə idmanın, xüsusilə də futbolun inkişafına və populyarlaşdırılmasına yönəlmiş mühüm layihələrin həyata keçirilməsinə töhfə verir.

Şirkətin Azərbaycan Premyer Liqasına sponsorluğu da bu istiqamətdə həyata keçirilən önəmli layihələrdən biridir.

Artıq beşinci mövsümdür davam edən bu əməkdaşlıq Azərbaycan futbolunun uzunmüddətli və dayanıqlı inkişafında mühüm rol oynayır.

Bu müddət ərzində liqaya maraq və yarışın rəqabətliliyi əhəmiyyətli dərəcədə artıb.

Sponsorluq çərçivəsində həyata keçirilən müxtəlif layihələr azarkeşlərin diqqətini cəlb etməklə yanaşı, yerli futbolun kommersiya dəyərinin artırılmasına da mühüm töhfə verir.

"Misli" kişilərdən ibarət A milli futbol komandasının rəsmi sponsorudur.

Əsas yığmaya sponsorluq "Misli"nin ölkədə idmanın, xüsusilə də futbolun inkişafına və dəstəklənməsinə verdiyi davamlı dəstəyi əks etdirir.

"Misli" və PFL arasında davam edən tərəfdaşlıq futbolun ictimai dəyərinin artırılmasına, azarkeşlərlə klublar və milli futbol arasında əlaqələrin möhkəmləndirilməsinə töhfə verir.

"Misli"nin Premyer Liqaya dəstəyi Azərbaycan futbolunun inkişafı üçün yeni imkanların yaradılmasına xidmət edir.

2026/2027-ci illər mövsümünün Misli Premyer Liqası 14 avqustda başlayacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR