"Veres"ə qarşı sərgilənən oyun "Qarabağ" kimi daha güclü rəqib önündə təkrarlansa, komanda ciddi problemlərlə üzləşə bilər".
Sport1.az xəbər verir ki, bu sözləri "Dinamo"nun sabiq futbolçusu Oleq Salenko deyib.
O, Ukrayna Premyer Liqasının II turunun "Veres"lə matçından sonra (2:1) görüşü dəyərləndirib.
Mütəxəssis Kiyev təmsilçisinin iki bərabər səviyyəli heyətinin olmadığını bildirib:
"Komandanın ardıcıl səfərlərdən sonra növbəti oyuna çıxması futbolçular üçün çətinlik yaradır. "Veres"lə matçda qələbə son dəqiqədə vurulan penalti qolu ilə əldə edildi. Əsas odur ki, "Qarabağ"la növbəti qarşılaşmada da belə qurtula bilsinlər. Ümid edirəm ki, Azərbaycanda bəxt komandamızın xeyrinə olacaq".
UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Dinamo" oyunu avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.