son dəqiqə SON DƏQİQƏ
I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ● İspaniya Xorvatiya ilə qarşılaşır, Çexiya səfərdə İngiltərə ilə üz-üzə ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət Heydərov qələbə ilə başladı ● U-20 milli komandamız Qəbələdə Yaponiya ilə qarşılaşır ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxır ● "Sabah" FİBA Çempionlar Liqasında bu gün ilk matçına çıxır ● Azərbaycanın U-21 millisi Bakıda Cəbəllütariqə qarşı ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət bu gün mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● ML: Fransa Belçikanı, İtaliya Türkiyəni məğlub edib ● "İdmançılarımıza parlaq qələbələr arzulayıram!" ● Rəşad Eyyubov: “Bu toplanış bizi daha da birləşdirdi” ● AFFA rəsmiləri Meksika səfiri ilə görüşüb ● “Neftçi” – “Sabah” matçına biletlər satışda ● “Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib ● MOK prezidenti Viktor Lukaşenko ilə görüşüb ● Belarusla idman sahəsində əməkdaşlıq müzakirə edilib ●

"Bizim nəsil Çempionlar Liqasında oynamağa can atırdı, indi isə..."

Bölmə adı Konfrans Liqası
Yayımlandı 6-08-2026, 17:59

"Dinamo"nun qalib gəlməsini istərdim. Amma hazırda heyətdə hansı oyunçuların olduğunu, komandanın necə oynadığını görürük".

Sport1.az "Ukrainskiy Futbol"a istinadən xəbər verir ki, bu sözləri Ukrayna millisinin sabiq yarımmüdafiəçisi Aleksandr Əliyev deyib.

O, "Dinamo" (Ukrayna) - "Qarabağ" oyunu ilə bağlı gözləntilərini bölüşüb:

"Mən Kiyev klubunda oynayanda Konfrans Liqasında mübarizə aparmaq faciə kimi qəbul edilərdi. Çünki bizim nəsil həmişə Çempionlar Liqasında oynamağa can atırdı. İndi isə təəssüf ki, yeganə məhdudiyyətimiz Konfrans Liqasıdır.

"Dinamo" - "Qarabağ" oyununda favorit yoxdur. Təbii ki, Kiyevin irəliləməsini və Konfrans Liqasının əsas mərhələsində oynamasını çox istəyirəm. Allah qoysa, "Dinamo" ilk matçda hamımızı qələbə ilə sevindirəcək. Qoy Buyala və Yarmola oynasınlar və hər ikisi qol vursun".

Aleksandr bu dueldə Kiyev təmsilçisinə azarkeşlik edəcəyini söyləyib:

"Bilirəm ki, İqor Surkis "Dinamo"nun nəticələrindən ən çox narahat olan şəxsdir. İnanın mənə, o, məğlubiyyətləri çox sərt qəbul edir. Yekun hesaba gəldikdə isə… "Dinamo"nun 2-1 hesabı ilə qalib gələcəyinə mərc edərdim".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR