son dəqiqə SON DƏQİQƏ
I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ● İspaniya Xorvatiya ilə qarşılaşır, Çexiya səfərdə İngiltərə ilə üz-üzə ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət Heydərov qələbə ilə başladı ● U-20 milli komandamız Qəbələdə Yaponiya ilə qarşılaşır ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxır ● "Sabah" FİBA Çempionlar Liqasında bu gün ilk matçına çıxır ● Azərbaycanın U-21 millisi Bakıda Cəbəllütariqə qarşı ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət bu gün mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● ML: Fransa Belçikanı, İtaliya Türkiyəni məğlub edib ● "İdmançılarımıza parlaq qələbələr arzulayıram!" ● Rəşad Eyyubov: “Bu toplanış bizi daha da birləşdirdi” ● AFFA rəsmiləri Meksika səfiri ilə görüşüb ● “Neftçi” – “Sabah” matçına biletlər satışda ● “Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib ● MOK prezidenti Viktor Lukaşenko ilə görüşüb ● Belarusla idman sahəsində əməkdaşlıq müzakirə edilib ●

Mahmud Qurbanov: "Qarabağ"da Duranın boşluğunu dolduracaq futbolçular yoxdur" - AÇIQLAMA

Bölmə adı Qarabağ / Manşet
Yayımlandı 6-08-2026, 15:37

UEFA Konfrans Liqasındakı təmsilçimiz "Qarabağ" bu gün III təsnifat mərhələsinin ilk oyununa çıxacaq.

Qurban Qurbanovun komandası Polşanın Lublin şəhərində Kiyev "Dinamo"su ilə üz-üzə gələcək.

Görəsən, "köhlən-atlar" səfərdəki dueldən sərfəli nəticə ilə dönə biləcək?

Yay "transfer pəncərəsi"ndə yenilən komanda bu turnirin əsas mərhələsinə vəsiqə qazanmaq gücündədir?

Suallarımızı Azərbaycan millisinin sabiq çalışdırıcısı Mahmud Qurbanova ünvanladıq.

Veteran futbolçu Sport1.az-a açıqlamasında "Qarabağ"ın mərhələni keçmək gücündə olduğunu bildirdi:

"Klub bir çox futbolçusu ilə vidalaşdı və heyətinə yenilərini cəlb etdi. Hələlik problem hücum xəttində görünür. "Qarabağ"da Kamilo Duranın boşluğunu dolduracaq futbolçu yoxdur. Doğrudur, hücumda oynaması üçün futbolçu transfer ediblər. Görünür, ona da müəyyən qədər vaxt lazımdır".

Mütəxəssis təmsilçimizin turnirin əsas mərhələsində iştirakını belə dəyərləndirdi:

"Qarabağ" əvvəlki oyunlarda ortaya qoyduğu performansı bir daha göstərsə, əlbəttə, Konfrans Liqasının əsas mərhələsində iştirak edə bilər. Bu şans hələ də qalıb. "Dinamo" (Kiyev) Ukraynanın adlı-sanlı komandasıdır. Oradan yaxşı futbolçular çıxıb. Klubda keyfiyyətli məşqçilər çalışıb. Bu, həm SSRİ, həm də müstəqillik dönəminə aiddir.

Lakin bu gün onların sadəcə adı qalıb. Ev oyunlarını belə ölkə xaricində keçirirlər. Çempionatları da çox güclü deyil. Heyətdə yerli futbolçuların sayı legionerlərdən çoxdur. Məncə, "Dinamo" güclü görünmür. "Qarabağ"ın mərhələni keçmək şansı daha çoxdur".

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR