son dəqiqə SON DƏQİQƏ
I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ● İspaniya Xorvatiya ilə qarşılaşır, Çexiya səfərdə İngiltərə ilə üz-üzə ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət Heydərov qələbə ilə başladı ● U-20 milli komandamız Qəbələdə Yaponiya ilə qarşılaşır ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxır ● "Sabah" FİBA Çempionlar Liqasında bu gün ilk matçına çıxır ● Azərbaycanın U-21 millisi Bakıda Cəbəllütariqə qarşı ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət bu gün mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● ML: Fransa Belçikanı, İtaliya Türkiyəni məğlub edib ● "İdmançılarımıza parlaq qələbələr arzulayıram!" ● Rəşad Eyyubov: “Bu toplanış bizi daha da birləşdirdi” ● AFFA rəsmiləri Meksika səfiri ilə görüşüb ● “Neftçi” – “Sabah” matçına biletlər satışda ● “Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib ● MOK prezidenti Viktor Lukaşenko ilə görüşüb ● Belarusla idman sahəsində əməkdaşlıq müzakirə edilib ●

"Qəbələdə meydançaların vəziyyəti əladır" - PSJ-nin sabiq müdafiəçisi

Bölmə adı Futbol
Yayımlandı 6-08-2026, 13:18

"Hazırlıq yaxşı gedir. Təlim-məşq toplanışındayıq. Məşq meydançalarının vəziyyəti çox yaxşıdır. Daha əvvəl burada olmamışdım".

Sport1.az xəbər verir ki, bu sözləri Qətərin II Liqa təmsilçisi "Əl Xaraitiyat"ın tanınmış futbolçusu Presnel Kimpembe deyib.

Fransa millisinin və PSJ-nin sabiq müdafiəçisi Qəbələdə yaradılan şəraitdən söz açıb:

"Qəbələyə ilk səfərimdir. Bura gələnə qədər Qəbələ haqqında geniş məlumatım yox idi. Burada hər yer bir-birinə yaxındır. Oteldən məşq meydançasına cəmi bir dəqiqəyə çatırıq.

Bu da bizə rahat şəkildə hazırlıq keçməyə və bütün diqqətimizi məşqlərə yönəltməyə imkan verir. Meydançaların vəziyyəti də əladır. İnanıram ki, komandamla birlikdə burada yaxşı işlər görə bilərəm".

O, komanda yoldaşlarından və məşqçilərindən də söz açıb:

"Özümə, komandama və məşqçilər heyətinə güvənirəm. Hər kəs mənə dəstək olmağa çalışır. Mən də bu etimadın qarşılığını meydanda ən yaxşı şəkildə verməyə çalışıram".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR