son dəqiqə SON DƏQİQƏ
I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ● İspaniya Xorvatiya ilə qarşılaşır, Çexiya səfərdə İngiltərə ilə üz-üzə ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət Heydərov qələbə ilə başladı ● U-20 milli komandamız Qəbələdə Yaponiya ilə qarşılaşır ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxır ● "Sabah" FİBA Çempionlar Liqasında bu gün ilk matçına çıxır ● Azərbaycanın U-21 millisi Bakıda Cəbəllütariqə qarşı ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət bu gün mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● ML: Fransa Belçikanı, İtaliya Türkiyəni məğlub edib ● "İdmançılarımıza parlaq qələbələr arzulayıram!" ● Rəşad Eyyubov: “Bu toplanış bizi daha da birləşdirdi” ● AFFA rəsmiləri Meksika səfiri ilə görüşüb ● “Neftçi” – “Sabah” matçına biletlər satışda ● “Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib ● MOK prezidenti Viktor Lukaşenko ilə görüşüb ● Belarusla idman sahəsində əməkdaşlıq müzakirə edilib ●

"Neftçi"nin avrokuboklardan kənar qalmasının səbəbini özləri də bilmir"

Bölmə adı Milli
Yayımlandı 5-08-2026, 17:53

Elvin Yunuszadə karyerasını Türkiyə I Liqasında davam etdirəcək.

Azərbaycan millisinin sabiq futbolçusu "Boluspor"la müqavilə imzaladı.

Görəsən, müdafiəçi başqa hansı klublardan təklif aldı?

Ötən mövsüm 33 yaşlı oyunçunun da formasını geyindiyi "Karvan-Yevlax"ın Premyer Liqada sonuncu olmasına səbəb nə oldu?

Yunuszadə Sport1.az-a açıqlamasında Türkiyə ilə yanaşı, Asiya və Rusiya təmsilçilərindən də təklif aldığını bildirdi:

"Türkiyənin mentaliteti, Azərbaycana yaxınlığı bu klubu seçməyimdə önəmli rol oynadı. "Boluspor" rəhbərliyi və komandanın baş məşqçisi ilə danışıqlar gedirdi. Sonda isə hər şey müsbət nəticələndi. Burada I Liqanın səviyyəsi çox yaxşıdır".

Müdafiəçi "Karvan-Yevlax"ın uğursuzluğunun səbəbini təcrübəsizliklə əlaqələndirdi:

"Hər kəs əlindən gələni etdi. Çatışmazlıq var idi. İnşallah, "Karvan-Yevlax" yenidən və daha iddialı şəkildə Premyer Liqaya vəsiqə qazanar".

E. Yunuszadə yeni mövsüm klublarımızın avrokuboklardakı performanslarından da söz açdı:

"Neftçi"nin avrokuboklardan kənarda qalmasını hələ də anlamıram. Məncə, özləri də bunun səbəbini bilmirlər. Şok vəziyyət yarandı. Düşünürdüm ki, onlar rahatlıqla mərhələni adlayan tərəf olacaqlar. Lakin bu, futboldur. Belə nəticələr də qeydə alınır. "Neftçi" həmin matçı unutmalı və növbəti qarşılaşmalara köklənməlidir. Çünki əldən başqa bir şey gəlmir.

"Qarabağ" ÇSKA ilə dueldə mərhələni keçməyə layiq idi. Komanda yenilənib. Onların uyğunlaşmaqları üçün zaman lazımdır. Bir az da şanssızlıq oldu. Futbolçular epizodları düzgün dəyərləndirsəydilər, qələbə qazana bilərdilər.

Hamımız Azərbaycan klublarının avrokuboklarda uğurlu çıxış etməsini istəyirik. Onların hər qələbəsi Azərbaycan futbolunun uğurudur. "Sabah" fərqini ortaya qoyur. Bu mövsüm onların Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcəyini gözləyirəm. Şansları çoxdur. Buna gücləri də çatar".

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR