Qurban Qurbanov jurnalistlərin suallarını cavablandıracaq

Bölmə adı Qarabağ
Yayımlandı 4-08-2026, 11:16

"Qarabağ" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev "Dinamo"su (Ukrayna) ilə üz-üzə gələcək.

Sport1.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun səfərdə baş tutacaq oyundan öncə Bakıda mətbuat konfransı keçiriləcək.

Tədbir sabah saat 11:45-də start götürəcək və "Azərsun Arena"da baş tutacaq.

"Dinamo" - "Qarabağ" oyunu avqustun 6-sı, saat 21:00-da Polşada baş tutacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR