Premyer Liqada klubunu dəyişdi

Bölmə adı İngiltərə
Yayımlandı 1-08-2026, 21:56

İngiltərə millisinin sabiq hücumçusu Denni Uelbek karyerasını “Çelsi”də davam etdirəcək.

Sport1.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

35 yaşlı futbolçu Premyer Liqa təmsilçisi “Brayton”dan “Çelsi”yə transfer olunub. Təcrübəli hücumçu ilə 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. O, komandanın baş məşqçisi Xabi Alonsonun rəhbərliyi altında mövsümöncəsi hazırlıq prosesinə qoşulacaq.

İngiltərə millisində 42 oyun keçirən Uelbek “Mançester Yunayted”in yetirməsidir. O, karyerası ərzində “Arsenal”, “Uotford” və digər klublarda da çıxış edib. Hücumçu 2020-ci ildən “Brayton”un formasını geyinirdi.

Uelbek ötən mövsüm bütün turnirlərdə keçirdiyi 40 oyunda 14 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR