"Hər bir məşqçi onu komandasında görmək istəyir" - İtaliyalı baş məşqçi

Bölmə adı İngiltərə
Yayımlandı Dünən, 14:33

"Rodri Madrid şəhərində əməliyyat olundu. İndi onun vəziyyəti yaxşıdır".

Sport1.az xəbər verir ki, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Enzo Mareska deyib.

İtaliyalı mütəxəssis yarımmüdafiəçinin tətilə yollandığını bildirib:

"O, bir neçə gün istirahət edəcək. Tətili başa vurduqdan sonra isə bizim düşərgəmizə qayıdacaq.

Hər bir məşqçi Rodrini komandasında görmək istəyir. Çünki o, yüksək səviyyəli futbolçudur".

DÇ-2026 başa çatdıqdan sonra bu oyunçunun adı Madrid "Real"ı ilə hallanırdı.

Rodrinin "şəhərlilər"lə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.

O, 2025/26 mövsümündə Premyer Liqa klubunun heyətində ümumilikdə 33 oyuna çıxıb və 2 qol vurub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR