De Bleker AFFA-dan getdi - RƏSMİ

Bölmə adı Azərbaycan
Yayımlandı Dünən, 13:06

Belçikalı FİFA referisi Frank De Blekerin AFFA-dakı fəaliyyəti başa çatdı.

Sport1.az xəbər verir ki, 2024-cü ilin iyulunda AFFA Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunan Frank De Bleker 2025-ci ilin noyabrından etibarən AFFA-da Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri vəzifəsini icra edib.

Frank De Bleker karyerasını Serbiyada davam etdirəcək.

O, Serbiya Futbol Federasiyasında Hakimlər Komissiyasının sədri vəzifəsinə təyin olunub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR