son dəqiqə SON DƏQİQƏ
"Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edir ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ●

AFFA UEFA ilə birgə oldu, FİFA-ya qarşı çıxdı

Bölmə adı Futbol / Azərbaycan / Manşet
Yayımlandı 30-07-2026, 20:11

UEFA və quruma üzv olan 55 milli assosiasiya (AFFA-da daxil olmaqla) FİFA-nın Dünya Çempionatı və digər turnirlərdə payların özəl investorlara satılması planına qarşı birgə bəyanat yayıb.

Sport1.az xəbər verir ki, açıqlamada Dünya Çempionatının kommersiya məhsulu olmadığı və heç vaxt satışa çıxarıla bilməyəcəyi vurğulanıb.

UEFA FİFA-nın bu təşəbbüsü futbol ictimaiyyəti ilə məsləhətləşmədən irəli sürdüyünü bildirərək bunu rəhbərlik baxımından ciddi uğursuzluq adlandırıb.

Qurumun bəyanatında qeyd olunub ki, milli assosiasiyalar qarşısında seçim qoyulub: ya bu planı qəbul etməli, ya da nəticələrinə qatlaşmalıdırlar. UEFA bunu “demokratik qərar” deyil, təzyiq yolu ilə idarəçilik kimi qiymətləndirib.

Bəyanatda vurğulanıb ki, özəl investorlar FİFA turnirlərində pay sahibi olacağı təqdirdə futbolun gələcəyi idman maraqları ilə deyil, səhmdarların maliyyə gözləntiləri ilə müəyyənləşəcək.

UEFA bildirib ki, bu model dünya futbolunda qəbuledilməzdir və Avropa futbolu ona heç vaxt legitimlik verməyəcək.

Qurum həmçinin açıqlayıb ki, FİFA bu təklifdən tamamilə imtina etməyənə və gələcəkdə yarışların idarəçiliyinin özəl mülkiyyətə açılmayacağına dair hüquqi təminat verməyənə qədər UEFA-ya üzv ölkələrin milli komandaları FİFA-nın təşkil etdiyi heç bir yarışda iştirak etməyəcək.

Sonda vurğulanıb ki, Dünya Çempionatı futbola məxsusdur, satış obyekti deyil və Avropanın səsi olduğu müddətdə belə də qalacaq.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR