SON DƏQİQƏ
"Xankəndi" futbol klubu ev oyunlarını bundan sonra Xankəndi Şəhər Stadionunda keçirəcək.
Sport1.az xəbər verir ki, bununla bağlı klub ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi arasında müvafiq müqavilə imzalanıb.
Qərarın Xankəndidə idman həyatının canlanmasına və futbolun inkişafına mühüm töhfə verəcəyi bildirilir.
Klub rəsmilərinin fikrincə, doğma stadionda keçiriləcək qarşılaşmalar həm azarkeşlər, həm də şəhər sakinləri üçün əsl futbol bayramına çevriləcək.
Qeyd edək ki, "Xankəndi" futbol klubu yeni mövsümdən etibarən I Liqada çıxış edəcək.