Braziliyalı futbolçu Neymar millidəki karyerasını başa vurduğunu açıqladı.
Sport1.az xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə paylaşım edən "sambaçı" yığmada oynamaq istəmədiyini yazıb.
Neymar 2010-cu ildən bu yana millidə 130 oyuna çıxıb, 80 qol vurub və 59 məhsuldar ötürmə edib.
O, 2013-cü ildə yığmanın heyətində Konfederasiyalar Kuboku, 2016-cı ildə Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.