son dəqiqə SON DƏQİQƏ
"Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edir ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ●

Dambrauskas: “Çempionlar Liqası çox tələbkardır”

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 28-07-2026, 22:18

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “KuPS” üzərində qazanılan 2:0 hesablı qələbəni şərh edib.

Sport1.az xəbər verir ki, litvalı mütəxəssis nəticədən qürur duyduğunu bildirib:

“İlk növbədə komandamızı, azarkeşlərimizi, rəhbərliyi və bütün Azərbaycan futbol ictimaiyyətini təbrik etmək istəyirəm. Düşünürəm ki, bu, tarixi nailiyyətdir. Belə nəticə qazandığımız üçün həqiqətən qürur duyuram. Şadam ki, mərhələni keçən tərəf biz olduq. “KuPS”a Finlandiya çempionatında və Avropa Liqasının növbəti mərhələsində uğurlar arzulayıram”.

Dambrauskas qarşılaşmanın çətin keçdiyini də vurğulayıb:

“Çox çətin oyun oldu. “KuPS”un azarkeşləri komandaları ilə fəxr edə bilərlər. İlk matçdakı 1:0 hesablı qələbəmizdən sonra rəqib panikaya düşmədi və oyuna yaxşı hazırlaşmışdı. Birinci hissədə bizdən üstün təsir bağışladılar. Üstəlik, futbolçularımızdan birinin burnu qanadığı və formasını dəyişdiyi üçün bir müddət azlıqda oynadıq. Bu da işimizi çətinləşdirdi.

Fasilədə futbolçularla danışdıq, onlara lazımi tapşırıqları verdik. İkinci hissədə üstünlük bizdə idi. Hesabı açdıqdan sonra oyuna tam nəzarət etdik və bəlkə də daha çox qol vura bilərdik”.

Baş məşqçi komandanın dərhal növbəti oyuna köklənəcəyini də qeyd edib:

“Bu gecə birbaşa Azərbaycana qayıdırıq. Gələn həftə keçiriləcək növbəti oyuna dərhal hazırlaşmalıyıq. Çempionlar Liqası çox tələbkardır”.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR