son dəqiqə SON DƏQİQƏ
I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ● İspaniya Xorvatiya ilə qarşılaşır, Çexiya səfərdə İngiltərə ilə üz-üzə ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət Heydərov qələbə ilə başladı ● U-20 milli komandamız Qəbələdə Yaponiya ilə qarşılaşır ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxır ● "Sabah" FİBA Çempionlar Liqasında bu gün ilk matçına çıxır ● Azərbaycanın U-21 millisi Bakıda Cəbəllütariqə qarşı ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət bu gün mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● ML: Fransa Belçikanı, İtaliya Türkiyəni məğlub edib ● "İdmançılarımıza parlaq qələbələr arzulayıram!" ● Rəşad Eyyubov: “Bu toplanış bizi daha da birləşdirdi” ● AFFA rəsmiləri Meksika səfiri ilə görüşüb ● “Neftçi” – “Sabah” matçına biletlər satışda ● “Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib ● MOK prezidenti Viktor Lukaşenko ilə görüşüb ● Belarusla idman sahəsində əməkdaşlıq müzakirə edilib ●

Prezidentdən Azərbaycandakı Dünya Çempionatı ilə bağlı - SƏRƏNCAM

Bölmə adı Azərbaycan
Yayımlandı 27-07-2026, 13:59

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk Dünya Çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzaladı.

Sport1.az xəbər verir ki, sənəddə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Şurası Bürosunun 2026-cı il 25 iyun tarixli iclasında 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) 2026-cı il oktyabrın 22-31-də Azərbaycanda keçirilməsi barədə qərarın qəbul edildiyi qeyd edilib.

Sənəddə deyilir:

"İdman tarixində ilk dəfə keçiriləcək 15 yaşınadək oğlanlar arasında futbol üzrə Dünya Çempionatı və festivalına Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin beynəlxalq idman aləmində artan nüfuzunun daha da möhkəmlənməsinə, futbolun inkişafına və Azərbaycanın mötəbər yarışların təşkili sahəsində qazandığı təcrübənin zənginləşməsinə xidmət edəcək.

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk Dünya Çempionatı və festivalının Azərbaycanda keçirilməsi ilə bağlı tədbirlərin əlaqələndirilməsi və zəruri məsələlərin həlli 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekabr tarixli 849 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinə həvalə edilsin".

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR