I Liqa təmsilçisi "Şahdağ Qusar" anqolalı futbolçu transfer etdi.
Sport1.az xəbər verir ki, klub yarımmüdafiəçi Jose Kristovao Zengo ilə 1+1 illik müqavilə imzaladı.
O, "Petro Luanda"nın (Anqola) yetirməsidir.
Messias ləqəbi ilə tanınan futbolçu Portuqaliyanın "Vizela", Xorvatiyanın "Kustosija" komandalarında da forma geyinib.