son dəqiqə SON DƏQİQƏ
I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ● İspaniya Xorvatiya ilə qarşılaşır, Çexiya səfərdə İngiltərə ilə üz-üzə ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət Heydərov qələbə ilə başladı ● U-20 milli komandamız Qəbələdə Yaponiya ilə qarşılaşır ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxır ● "Sabah" FİBA Çempionlar Liqasında bu gün ilk matçına çıxır ● Azərbaycanın U-21 millisi Bakıda Cəbəllütariqə qarşı ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət bu gün mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● ML: Fransa Belçikanı, İtaliya Türkiyəni məğlub edib ● "İdmançılarımıza parlaq qələbələr arzulayıram!" ● Rəşad Eyyubov: “Bu toplanış bizi daha da birləşdirdi” ● AFFA rəsmiləri Meksika səfiri ilə görüşüb ● “Neftçi” – “Sabah” matçına biletlər satışda ● “Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib ● MOK prezidenti Viktor Lukaşenko ilə görüşüb ● Belarusla idman sahəsində əməkdaşlıq müzakirə edilib ●

“Dinamo”nun baş məşqçisi: “Neftçi”yə qalib gəlmək xoşdur“

Bölmə adı Konfrans Liqası
Yayımlandı 22-07-2026, 22:31

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Minskin "Dinamo" klubu "Neftçi"ni 4:2 hesabı ilə məğlub edib.

Sport1.az xəbər verir ki, "Dinamo"nun baş məşqçisi Aleksandr Şaqoyko görüşdən sonra keçirilmiş mətbuat konfransında oyun haqda fikirlərini bölüşüb:

"Bu cür əla komandaya qalib gəlmək xoşdur. Qalibiyyətə görə şadıq. Amma optimist qalmalıyıq. Bəli, üstünlüyümüz var. Amma o qədər də böyük deyil. Rəqib ikinci oyun üçün nəyisə dəyişəcək. Biz özümüz də səhvlərimizi aradan qadırmağa çalışacağıq. İkinci oyunu gözləyəcəyik".

- Oyundan əvvəl "Neftçi"ni 4:2 hesabı ilə məğlub edəcəksiz desəydilər, buna inanardınız?

- Dörd qol vuracağımıza inanmaya bilərdim. Amma biz 7 dəqiqəyə iki qol buraxacağımızı da planlaşdırmırdıq. Lakin qələbəyə hazırlaşmışdıq. Bunu da etdik. Kiminlə oynayacağımızı bilirdik. Hər şey plan üzrə getdi.

- Cavab görüşü haqda nə düşünürsüz?

- Qeyri-adi optimizm yoxdur. Uşaqlar da bunu əla başa düşür. Super üstünlüyümüz yoxdur ki, artıq indidən növbəti mərhələ haqda danışaq. Öz imkanlarımızı bilirik, rəqibə də hörmətlə yanaşırıq. İki top fərqi ən təhlükəli top fərqidir. Çünki buraxdığınız bir qol hər şeyi bir anda sizə qarşı çevirə bilər. Çox ağır oyun olacaq. Ciddi hazırlaşacağıq. Başqa cür olmaz. Demişdim ki, məqsədimiz növbəti mərhələyə adlamaqdır.

- Bundan sonra "Neftçi" səddini keçə bilməsəniz, sizin üçün faciə hesab olunacaq?

- Bizim üçün istənilən məğlubiyyət faciədir. Biz qələbə üçün oynayırıq. Meydançaya uduzmaq üçün çıxmırıq. Uduzsaq, düzdür, tam faciə deməzdim, amma çox pis olarıq. Hər bir idmançı udmaq üçün oynayır.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR