son dəqiqə SON DƏQİQƏ
I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ● İspaniya Xorvatiya ilə qarşılaşır, Çexiya səfərdə İngiltərə ilə üz-üzə ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət Heydərov qələbə ilə başladı ● U-20 milli komandamız Qəbələdə Yaponiya ilə qarşılaşır ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxır ● "Sabah" FİBA Çempionlar Liqasında bu gün ilk matçına çıxır ● Azərbaycanın U-21 millisi Bakıda Cəbəllütariqə qarşı ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət bu gün mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● ML: Fransa Belçikanı, İtaliya Türkiyəni məğlub edib ● "İdmançılarımıza parlaq qələbələr arzulayıram!" ● Rəşad Eyyubov: “Bu toplanış bizi daha da birləşdirdi” ● AFFA rəsmiləri Meksika səfiri ilə görüşüb ● “Neftçi” – “Sabah” matçına biletlər satışda ● “Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib ● MOK prezidenti Viktor Lukaşenko ilə görüşüb ● Belarusla idman sahəsində əməkdaşlıq müzakirə edilib ●

Metronun iş rejimi avrokubok oyunlarına görə dəyişdiriləcək

Bölmə adı Futbol
Yayımlandı 22-07-2026, 15:58

"Neftçi" və "Qarabağ" futbol klublarının beynəlxalq oyunları ilə əlaqədar "Bakı Metropliteni" QSC-nin iş rejimi dəyişdirildi.

Sport1.az xəbər verir ki, hər iki qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, metropoliten ardıcıl olaraq 2 gün gücləndirilmiş qrafikdə fəaliyyət göstərəcək.

Metropolitenin əməliyyat planına uyğun olaraq, ilk gücləndirmə tədbirləri bu gün "Neftçi" - "Dinamo" (Belarus) matçının keçiriləcəyi 8-ci km stadionu yaxınlığında yerləşən "Xalqlar dostluğu" stansiyasında tətbiq ediləcək.

Burada xüsusi növbətçilik cədvəli əsasında stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq, nəzarət mexanizmləri diqqətdə saxlanılacaq.

Sabah isə "Qarabağ" - ÇSKA (Bolqarıstan) görüşünün baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığındakı "Gənclik", o cümlədən "28 May" və "Nərimanov" stansiyalarında əlavə tədbirlər görüləcək.

Ehtiyat qatarlar xəttə buraxılması üçün hazır saxlanılacaq. Hər iki oyun başa çatdıqdan sonra zərurət yaranarsa, metropolitenin digər stansiyalarında da qatarların hərəkəti qeyd edilən stansiyaların iş rejiminə uyğun tənzimlənəcək.

Ümumilikdə isə hər iki gün qatarların hərəkəti mövcud yay qrafikinə uyğun təşkil olunacaq.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR