2026/27 mövsümündə Ukraynanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Şaxtyor" stadion axtarışındadır.
Sport1.az xəbər verir ki, Donetsk təmsilçisi bu məsələni həll etmək üçün İngiltərənin 3 klubu ilə - "Çelsi", "Brentford" və "Fulhem"lə danışıqlar aparır.
Adıçəkilən klubların heç biri yeni sezon avrokuboklarda çıxış etməyəcək.
Onlardan hər hansısa biri ilə aparılan danışıqlar müsbət nəticələnsə, "Şaxtyor" icarə haqqı ödəyərək ev oyunlarını İngiltərədə keçirəcək.
Xatırladaq ki, Arda Turanın baş məşqçisi olduğu komanda 2022/23 mövsümündən bəri avrokubok matçlarına müvafiq olaraq, Polşa, Almaniya və Sloveniyada çıxır.