son dəqiqə SON DƏQİQƏ
I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ● İspaniya Xorvatiya ilə qarşılaşır, Çexiya səfərdə İngiltərə ilə üz-üzə ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət Heydərov qələbə ilə başladı ● U-20 milli komandamız Qəbələdə Yaponiya ilə qarşılaşır ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxır ● "Sabah" FİBA Çempionlar Liqasında bu gün ilk matçına çıxır ● Azərbaycanın U-21 millisi Bakıda Cəbəllütariqə qarşı ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət bu gün mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● ML: Fransa Belçikanı, İtaliya Türkiyəni məğlub edib ● "İdmançılarımıza parlaq qələbələr arzulayıram!" ● Rəşad Eyyubov: “Bu toplanış bizi daha da birləşdirdi” ● AFFA rəsmiləri Meksika səfiri ilə görüşüb ● “Neftçi” – “Sabah” matçına biletlər satışda ● “Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib ● MOK prezidenti Viktor Lukaşenko ilə görüşüb ● Belarusla idman sahəsində əməkdaşlıq müzakirə edilib ●

“KuPS”un baş məşqçisi: “Hələ heç nə bitməyib”

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 21-07-2026, 22:32

Çempionlar Liqasının II təsnifat mərhələsinin “Sabah” – “KuPS” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Miika Nuutinen jurnalistlərin suallarını cavablandırdı.

Sport1.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

“İlk növbədə rəqibi təbrik edirəm. Lakin oyun iki mərhələdən ibarətdir. “Sabah”ın keyfiyyətləri futbolçuları var və çoxlu qol imkanları yaratdılar. Lakin hələ heç nə bitməyib. Şanslarımız davam edir. Bir həftə sonra baş tutacaq cavab matçında yüksək səviyyədə oynamalıyıq ki, nəyəsə ümid edək”.

– Bəxtinizin gətirdinizi düşünürsünüz? Hesab daha böyük ola bilərdi…
– Bəli, yaxşı imkanları oldular. Lakin bugünkü nəticədən sonra hələ oyunda qalmışıq.

– 0:1 sizin üçün sərfəli nəticədir?
– Vaxtı aparmırdıq. Bu hesab bizim üçün münasibdir. Minimal fərq olsun deyə vaxt aparmaq fikrimiz yox idi.

– Bu gün qapıya bir zərbə endirdiniz, ancaq mərhələ adlamaq üçün cavab görüşündə iki qol vurmalısınız. Heyətdə ciddi dəyişikliklər olacaq?
– Oyunu təhlil edəcəyik. Cavab matçında qol vurmağın yollarını axtaracağıq.

– Bugünkü hava oyununuza necə təsir göstərdi?
– Finlandiyada hava şəraiti fərqli olacaq. Eyni zamanda meydança da süni örtüklüdür. Bu iki faktor üstünlüyümüz ola bilər.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR