Futbol üzrə Azərbaycan milli komandasının üzvü Toral Bayramov "Bursaspor"da növbəti oyununa çıxıb.
Sport1.az xəbər verir ki, o, "Esenler Erokspor"la baş tutan yoxlama oyununa start heyətdə başlayıb.
Görüş "timsahlar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Yığmamızın futbolçusu fasilədən sonra əvəzlənib.