son dəqiqə SON DƏQİQƏ
I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ● İspaniya Xorvatiya ilə qarşılaşır, Çexiya səfərdə İngiltərə ilə üz-üzə ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət Heydərov qələbə ilə başladı ● U-20 milli komandamız Qəbələdə Yaponiya ilə qarşılaşır ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxır ● "Sabah" FİBA Çempionlar Liqasında bu gün ilk matçına çıxır ● Azərbaycanın U-21 millisi Bakıda Cəbəllütariqə qarşı ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət bu gün mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● ML: Fransa Belçikanı, İtaliya Türkiyəni məğlub edib ● "İdmançılarımıza parlaq qələbələr arzulayıram!" ● Rəşad Eyyubov: “Bu toplanış bizi daha da birləşdirdi” ● AFFA rəsmiləri Meksika səfiri ilə görüşüb ● “Neftçi” – “Sabah” matçına biletlər satışda ● “Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib ● MOK prezidenti Viktor Lukaşenko ilə görüşüb ● Belarusla idman sahəsində əməkdaşlıq müzakirə edilib ●

Ayxan Abbasov: "Şərait baxımından məşqçilərimizə də dəstək lazımdır"

Bölmə adı Milli
Yayımlandı 20-07-2026, 18:34

"Sabahın ulduzları" yarışından təkcə futbolçular deyil, hakimlər də çıxırdı. Bu turnir Azərbaycan futboluna bir çox tanınmış simanı qazandırıb".

Sport1.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov deyib.

O, AFFA və Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən "Sabahın ulduzları" layihəsi çərçivəsində keçirilən tədbirdə çıxış edib:

"Ümumən uşaq futbolu bizim yaralı yerimizdir. Gəlin, gerçəyi deyək. Neçə illərdir danışırıq, amma problemlər hələ ki, mövcuddur və yaxşılığa doğru dəyişmir. Amma həqiqətən, böyük layihələr var. Biz Cahangir müəllimlə (AFFA-nın baş katibi Cahangir Fərəcullayev nəzərdə tutulur - red.) hər dəfə istəyirik ki, əsas milli komanda haqda söhbət edək. Amma söhbətimizin 15-ci dəqiqəsindən sonra uşaq futboluna keçirik və görürük ki, artıq iki-üç saatdır uşaq futbolundan danışırıq. İnşallah, ümid edirəm ki, bu layihələr həyata keçəcək".

Bu gün Azərbaycan futbolunda çox şeyi dəyişmək lazımdır. Çünki klublarımızın üzərinə böyük iş düşür. Bu gün deyirik ki, hər şeyi AFFA həll etməlidir, uşaq yetişdirməlidir. Məncə, bu fikri dəyişmək lazımdır. Futbolçuları klublar yetişdirir. Nə vaxta qədər klublarda məcburi lisenziya almağa görə yaş qrupunu saxlayacağıqsa, akademiyalara biganə yanaşacağıqsa, bizim yerli futbolçularımız həmişə legionerlərə uduzacaq.

Şərait baxımından mütləq akademiyalarımıza dəstək, məşqçilərimizə dəstək lazımdır. Bu gün uşaq məşqçilərimiz öz potensialını açmaq üçün təcrübə yığmalı, xarici ölkələrə getməlidirlər. Əlbəttə, burada maliyyə önəmlidir. Biz A komandaya, yəni Premyer Liqa komandalarına ayrılan büdcənin az bir hissəsini aşağı yaş qruplarına da ayıra bilsək, inanın ki, bir neçə ildən sonra bunun bəhrəsini görəcəyik".

Abbasov milli komandaya oyunçu seçimində çox çətinlik çəkdiklərini deyib:

"Futbolçu sayı günü-gündən azalır. Vəziyyəti dəyişmək üçün haradansa başlamaq lazımdır. Yəni bu gün təslim olmaq olmaz. Futbol mübarizədir və belə turnirlər vacibdir. Təəssüf ki, bizdə akademiyalar çempionat bitəndən sonra 2-3 ay istirahət edir. Amma bu, yanlışdır. Çünki yadımıza salsaq, biz gənc olanda həmişə yay tətilində yay düşərgələri adlı layihələr var idi və uşaqlar orada futbolla məşğul olmağı davam edirdi. Çünki inkişaf etmək üçün birinci oyun təcrübəsi lazımdır.

Bu gün turnirlərin sayı nə qədər çox olsa, inanın ki, futbolçular da artacaq. Və ümid edirəm ki, belə turnirlər bölgələrimizdə də keçiriləcək. Çünki buna ehtiyac var. Bölgələrimizdə bu turnirlərin olması daha faydalı olar.

Hər kəsin bir arzusu var: uşaq futbolu tez bir zamanda istədiyimiz səviyyəyə qalxsın. Və buna inanırıq. Əl-ələ verib öhdəsindən gələcəyik".

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR