son dəqiqə SON DƏQİQƏ
I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ● İspaniya Xorvatiya ilə qarşılaşır, Çexiya səfərdə İngiltərə ilə üz-üzə ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət Heydərov qələbə ilə başladı ● U-20 milli komandamız Qəbələdə Yaponiya ilə qarşılaşır ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxır ● "Sabah" FİBA Çempionlar Liqasında bu gün ilk matçına çıxır ● Azərbaycanın U-21 millisi Bakıda Cəbəllütariqə qarşı ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət bu gün mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● ML: Fransa Belçikanı, İtaliya Türkiyəni məğlub edib ● "İdmançılarımıza parlaq qələbələr arzulayıram!" ● Rəşad Eyyubov: “Bu toplanış bizi daha da birləşdirdi” ● AFFA rəsmiləri Meksika səfiri ilə görüşüb ● “Neftçi” – “Sabah” matçına biletlər satışda ● “Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib ● MOK prezidenti Viktor Lukaşenko ilə görüşüb ● Belarusla idman sahəsində əməkdaşlıq müzakirə edilib ●

"Özəl sektordan və futbolu sevən iş adamlarından bizə dəstək lazımdır"

Bölmə adı Azərbaycan
Yayımlandı 20-07-2026, 18:12

"Çox vacib gündür. "Sabahın Ulduzları" kimi vacib turnirin yenidən keçirilməsini nəzərdə tuturam. Bu da AFFA-nın inkişaf strategiyasının önəmli, vacib parçasıdır".

Sport1.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev deyib.

O, Bakı Futbol Federasiyasının (BFF) təşkilatçılığı ilə "Sabahın Ulduzları" layihəsi çərçivəsində məlumatlandırma sessiyası və imza mərasiminə fikirlərini bölüşüb:

"Bizim prioritetimiz uşaq futboludur. Bununla bağlı "Sabahın ulduzları" layihəsi ən vacib addımlarımızdan biridir. Bu il Məktəbli Kubokunu keçirdik, möhtəşəm addım idi. 30 min şagirdin iki yaş kateqoriyasında yarışı oldu.

"Sabahın Ulduzları" adi uşaq turniri deyil. İki yaş qrupunda 12 komanda yarışacaq. Bu turnir özəldir. Bu, U-15 dünya çempionatı festivalı olan tədbirə böyük, möhtəşəm, dünyada ilk dəfə təşkil olunacaq turnir üçün əsas platformadır".

Fərəcullayev turnirin keçirilmə hədəflərindən söz açaraq sponsorlara çağırış edib:

"Tahir Süleymanov irihəcmli işi öhdəsinə götürüb. Planımız odur ki, bu turnir yüksək səviyyədə keçirilsin, beynəlxalq yarışa çevrilsin. Bizə özəl sektordan, futbolu sevən iş adamlarından dəstək lazımdır.

Sərdar müəllim burada əyləşib, "Alpex" şirkətinə təşəkkür edirik. Uşaq-gənclər futbolunun yanındadırlar. İnanırıq ki, uzunmüddətli layihə olacaq. Bünövrəni bu gün bu çalışma ilə qururuq. Əminəm ki, bəhrəsini növbəti illərdə görəcəyik".

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR