son dəqiqə SON DƏQİQƏ
Azərbaycanın U-21 millisi Bakıda Cəbəllütariqə qarşı ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ● İspaniya Xorvatiya ilə qarşılaşır, Çexiya səfərdə İngiltərə ilə üz-üzə ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət Heydərov qələbə ilə başladı ● U-20 milli komandamız Qəbələdə Yaponiya ilə qarşılaşır ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxır ● "Sabah" FİBA Çempionlar Liqasında bu gün ilk matçına çıxır ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət bu gün mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● ML: Fransa Belçikanı, İtaliya Türkiyəni məğlub edib ● "İdmançılarımıza parlaq qələbələr arzulayıram!" ● Rəşad Eyyubov: “Bu toplanış bizi daha da birləşdirdi” ● AFFA rəsmiləri Meksika səfiri ilə görüşüb ● “Neftçi” – “Sabah” matçına biletlər satışda ●

3 oyunluq cəza verilə bilər

Bölmə adı Dünya Çempionatı
Yayımlandı 18-07-2026, 21:33

İngiltərə yığmasının yarımmüdafiəçisi Cud BellingemDÇ-2026-nın yarımfinalında Argentinaya qarşı keçirilən matçda (1:2) yol verdiyi hərəkətinə görə diskvalifikasiya ilə üzləşə bilər.

Sport1.az xəbər verir ki, oyun başa çatdıqdan sonra o, komanda yoldaşları ilə qələbəni qeyd edən Valentin Barkoya arxadan yaxınlaşaraq onun başına şillə vurub.

Argentinalı futbolçu isə buna cavab olaraq ingiltərəli futbolçunu sinəsindən itələyib. Qeyri-oyun epizodunda baş verən bu hadisə matçın baş hakiminin diqqətindən kənarda qalsa da, televiziya kameralarının obyektivinə düşüb. İndi FİFA-nın intizam komitəsi bu insidentə baxa bilər.

Qaydalara əsasən, əgər hakimlər qayda pozuntusunu görməyiblərsə, komitə videotəkrarlar əsasında cəza tətbiq etmək hüququna malikdir. Baş verən insidentə görə Bellingemin minimum 3 oyunluq diskvalifikasiya olunacağı və pul cəzasına məruz qalacağı gözlənilir.

İttihamlar təsdiqini taparsa, yarımmüdafiəçi təkcə qarşıdan gələn üçüncü yer uğrunda matçı deyil, həm də növbəti beynəlxalq sikldə yığmanın ilk rəsmi oyunlarını buraxacaq.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR