son dəqiqə SON DƏQİQƏ
Azərbaycanın U-21 millisi Bakıda Cəbəllütariqə qarşı ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ● İspaniya Xorvatiya ilə qarşılaşır, Çexiya səfərdə İngiltərə ilə üz-üzə ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət Heydərov qələbə ilə başladı ● U-20 milli komandamız Qəbələdə Yaponiya ilə qarşılaşır ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxır ● "Sabah" FİBA Çempionlar Liqasında bu gün ilk matçına çıxır ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət bu gün mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● ML: Fransa Belçikanı, İtaliya Türkiyəni məğlub edib ● "İdmançılarımıza parlaq qələbələr arzulayıram!" ● Rəşad Eyyubov: “Bu toplanış bizi daha da birləşdirdi” ● AFFA rəsmiləri Meksika səfiri ilə görüşüb ● “Neftçi” – “Sabah” matçına biletlər satışda ●

Rəşad Sadıqov: “Maraqlı 90 dəqiqə olacaq”

Bölmə adı Futbol
Yayımlandı 15-07-2026, 22:46

Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində "Torpedo" (Kutaisi) ilə keçiriləcək cavab oyunu barədə fikirlərini bölüşüb.

Sport1.az xəbər verir ki, o, mətbuat konfransında rəqibin güclü komanda olduğunu bildirib:

"Bizi təcrübəli və adlı-sanlı klubla oyun gözləyir. İlk matçdan sonra üstünlüyümüz var. Rəqibin keyfiyyətli heyəti, təcrübəli baş məşqçisi və güclü azarkeş dəstəyi var. Onlar avrokuboklarda kifayət qədər təcrübəyə malikdirlər. Sabah qarşıdurmanın gedişatını dəyişmək üçün əllərindən gələni edəcəklər. Biz buna hazırıq. Maraqlı 90 dəqiqə olacaq. Ümid edirəm ki, növbəti mərhələyə əsas vaxtda yüksələcəyik".

Mütəxəssis komandasının ilk oyundan daha yaxşı çıxış etməli olduğunu vurğulayıb:

"İstərdim ki, fiziki baxımdan ilk oyundan daha yaxşı vəziyyətdə olaq. Mövsümün ilk rəsmi matçı həmişə çətin keçir. Bilirik ki, rəqib sabah daha yaxşı oynayacaq. Növbəti mərhələyə yüksəlmək istəyiriksə, həm fiziki, həm də taktiki baxımdan daha keyfiyyətli oyun göstərməliyik. Optimal fiziki formaya çatmaq üçün isə 3-4 rəsmi oyun keçirmək lazımdır".

Rəşad Sadıqov Azərbaycan Premyer Liqasındakı hədəflərindən də danışıb:

"Transfer pəncərəsinin bağlanmasına hələ 45-50 gün var. Hamımız "Qarabağ"ın və "Sabah"ın hansı səviyyədə olduğunu bilirik. "Turan Tovuz" ötən mövsüm uğurlu çıxış etdi və transfer bazarında da fəaldır. "Neftçi"nin bu ilin əvvəlindən göstərdiyi inkişaf da göz qabağındadır. Bu dörd komandanın yeni mövsümdə iddialı olacağını anlayırıq. Biz isə medal uğrunda mübarizə aparacaq beşinci komanda olmaq istəyirik. Bunun üçün uğurlu transfer dövrü keçirməliyik. Eyni zamanda "Sumqayıt", "Araz-Naxçıvan" və "Qəbələ"ni də hesabdan silmək olmaz".

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR