Fransa İspaniyaya məğlub oldu, Paris və Lionda ara qarışdı - DÇ

Bölmə adı Dünya Çempionatı / Manşet
Yayımlandı 15-07-2026, 13:38

DÇ-2026-nın ilk yarımfinal matçından sonra iğtişaş baş verib.

Sport1.az xəbər verir ki, Fransanın İspaniyaya məğlubiyyətindən sonra (0:2) Paris və Lionda gənclərdən ibarət azarkeş qrupu küçələrə axın edib.

Fanatlar yığma komandanın mundialla vidalaşmasını etirazla qarşılayıb və müxtəlif fişənglərdən istifadə ediblər.

Polisin müdaxiləsindən sonra etirazçılar arasında saxlanılanlar olub.

Fransa futbolçuları Dünya Kubokunda bürünc medal uğrunda İngiltərə - Argentina matçının məğlubu ilə üz-üzə gələcək.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR