35 yaşlı qolkiper “Yunayted”də

Bölmə adı İngiltərə
Yayımlandı 14-07-2026, 19:31

"Mançester Yunayted" heyətini yeni qapıçı ilə gücləndirib.

Sport1.az xəbər verir ki, "qırmızı şeytanlar" Karl Darlounu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı uelsli qolkiperlə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Karl Darlounun son klubu "Lids Yunayted" olub.

Müəllif: Cahan